AZE | RUS | ENG |


"Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu”

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Mədəni maarifləndirmə” proqramına uyğun olaraq, İsmayıllı Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru Allahverdi Məmmədlinin "Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu” mövzusunda mühazirəsi təşkil olunub. 

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov dilimizin saflığının qorunması ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən siyasətdən danışıb. 

Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov təmsil etdiyi qurumun milli-mənəvi dəyərlərin təbliğatı ilə bağlı həyata keçirdiyi layihələri xatırladıb. 

Mühazirəçi əməkdar jurnalist Allahverdi Məmmədli "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq Fərmanı xatırladaraq, ana dilinin qorunmasında hər bir vətəndaşın məsuliyyət daşıdığını bildirib. Prezident İlham Əliyevin 23 may 2012-ci ildə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamında vurğulanan məqamlara diqqət çəkən alim dilimizi yad ünsürlərdən qorumağın, onu zənginləşdirməyin əhəmiyyətini vurğulayıb. 

Sonda mühazirəçi tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003