AZE | RUS | ENG |


Milli Məclisin nümayəndə heyətinin Belarusa səfəri başa çatıb

Milli Məclisin nümayəndə heyətinin Belarusa səfəri başa çatıb
Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının baş naziri Andrey Kobyakovla görüşüb.
 
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Kobyakov bildirib ki, Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir. O deyib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O. Əsədov isə Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Minsk traktor zavodunun Gəncə Avtomobil Zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.
 
Oqtay Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə də görüşüb. Tərəflər Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalayıblar. Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub.
 
Səfər çərçivəsində nümayəndə heyəti Böyük Vətən Müharibəsi Muzeyində olub. O. Əsədov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
 
Nümayəndə heyəti Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə də tanış olub.

Minskdə keçirilən tədbirlərdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər iştirak ediblər. Səfər başa çatıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6539
GBP 1 İngilis funt sterlinqi 2.2653
TRY 1 Türk lirəsi 0.4424
KWD 1 Küveyt dinarı 5.6250
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 1.9983
CHF 1 İsveçrə frankı 1.7166
USD 1 ABŞ dolları 1.7001